Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 49,668 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,1 % azdır.
Təkcə noyabrda Türkiyə Azərbaycana 5,072 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,8 % azdır.
11 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,9 % azalaraq 15,507 milyard ABŞ dollarına, noyabrda isə 13,1 % azalaraq 1,291 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox geyim idxalını Almaniya 2 milyard 442,294 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 8 % az), Niderland 1 milyard 785,670 milyon ABŞ dolları (5,4 % az) və İspaniya 1 milyard 583,339 milyon ABŞ dolları (10,3 % az) dəyərində həyata keçirib.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 26 % artıb
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Qaxda vətəndaş qəbulu keçirilib













