Mərakeş sahillərində daşqın nəticəsində 14 nəfər ölüb
Far.Az xəbər saytı

Mərakeş sahillərində daşqın nəticəsində 14 nəfər ölüb


Rabatdan 330 kilometr cənubda, Mərakeşin Atlantik okeanı sahilində yerləşən Safi əyalətində güclü yağışların səbəb olduğu daşqın nəticəsində 14 nəfər ölüb.

"Far.Az"un məlumatına görə, bu barədə "TanjaNews" portalı xəbər yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində 30-dan çox insan yaralanıb və xəstəxanaya yerləşdirilib. Bölgədə xilasetmə əməliyyatları və itkin düşmüş şəxslərin axtarışı davam edir.

Daşqın əyalətin administrativ mərkəzi Safi şəhərinə böyük ziyan vurub. Agentliyin məlumatına görə, azı 70 yaşayış binası və mağaza su altında qalıb, yolun bir hissəsi isə zərər çəkib.

Oxşar xəbərlər

Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər