Mbappe Ronaldunun "Real Madrid"dəki tarixi rekorduna yaxınlaşıb
Far.Az xəbər saytı

Mbappe Ronaldunun "Real Madrid"dəki tarixi rekorduna yaxınlaşıb


Fransalı hücumçu Kilian Mbappe cari ildə "Real Madrid"in heyətində 56-cı qolunu vurub.

"Far.Az" xəbər verir ki, futbolçu İspaniya La Liqasının XVI turunda "Alaves" üzərində 2-1 hesablı qələbə qazanılan oyunda fərqlənib.

Beləliklə, Mbappe Kriştianu Ronaldunun bir təqvim ilində "Real Madrid"in heyətində bütün zamanların rekorduna üç qola qədər yaxınlaşıb. Xatırladaq ki, 2013-cü ildə portuqaliyalı 59 qol vurub.

"Real Madrid"in 2025-ci ilin sonuna qədər hələ iki oyunu qalıb: Kral Kubokunda "Talavera" və İspaniya liqasında "Sevilya" ilə.

Mbappe komandada 2024-cü ildən oynayır. Onun klubla müqaviləsi 2029-cu ilə qədərdir. Fransalı cari mövsümdə bütün yarışlarda 25 oyun keçirib, 27 qol vurub və dörd məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
3 məşhur aktyor "Kral Kaybederse"ni TƏRK ETDİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər