Azərbaycanda "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə hazırlanır
Far.Az xəbər saytı

Azərbaycanda "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə hazırlanır


Bu gün Maliyyə Nazirliyində suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivənin hazırlanması məqsədilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun rəhbəri, maliyyə nazirinin I müavini Anar Kərimov ölkəmizdə ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və "yaşıl maliyyələşdirmə" alətlərinin tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə "yaşıl maliyyə" infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşıl istiqrazların emissiyası üçün zəmin yaradacaq.

İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalq təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının cəlb etdiyi ekspertlər suveren "yaşıl istiqraz"ların emissiyası üzrə görüləcək işlərin mərhələlərini və əsas fəaliyyət istiqamətlərini nəzərdən keçirib.

İşçi Qrupuna suveren "yaşıl istiqraz"ların emissiyası üzrə çərçivə sənədinin layihəsinin hazırlanması və "yaşıl istiqraz"lar vasitəsilə maliyyələşdiriləcək ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər