Parisdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib
Far.Az xəbər saytı

Parisdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan konsert keçirilib


Fransanın paytaxtı Paris şəhərində yerləşən Musiqili Kitabxanada Azərbaycan professional musiqi məktəbinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə yüksək səviyyəli konsert proqramı təşkil olunub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, diplomatik korpusun nümayəndələri, media təmsilçiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən musiqiçilər Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasında oynadığı müstəsna roldan, onun zəngin yaradıcılıq irsindən və dünya musiqi xəzinəsinə bəxş etdiyi nadir əsərlərdən ətraflı bəhs ediblər. Eyni zamanda, iştirakçılara Azərbaycanda musiqi sənətinin inkişaf yolu və muğam janrının bədii-estetik xüsusiyyətləri barədə geniş məlumat verilib.

Konsert proqramında Azərbaycanın istedadlı pianoçusu Səidə Zülfüqarova, fransalı violonçel ifaçısı Guillaume Martigne və skripka ifaçısı Florian Maviel Üzeyir Hacıbəylinin, Azər Rzayevin, Oqtay Zülfüqarovun, eləcə də digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək ifaçılıq məharəti ilə təqdim ediblər.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər