"Qarabağ" Antalyaya gedir
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2025/2026 mövsümünün ikinci hissəsinə hazırlıq iki mərhələdən ibarət olacaq.
Azərbaycan Premyer Liqasının 16-cı turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı il yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib
FHN Qəbələ aeroportunda təlim keçirib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib













