Ağacan Abiyevin şərəfinə boks turniri start götürüb
Far.Az xəbər saytı

Ağacan Abiyevin şərəfinə boks turniri start götürüb


Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar elm xadimi, "Şöhrət", "Şərəf" və I dərəcəli "Vətənə xidmətə görə" ordenli, professor Ağacan Abiyevin şərəfinə boks üzrə turnirin rəsmi açılış mərasimi baş tutub.

"Report" xəbər verir ki, Bakı şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Boks Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə keçirilən turnirin açılış mərasimində marş sədaları altında "Qızıl əlcək", Gəncə, Sumqayıt, "Dinamo", "Təhsil", "Neftçi", AHTİA və MOİK komandalarının idmançıları, məşqçilər və hakimlər arenaya daxil olublar.

Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ABF-nin prezidentinin müşaviri Samir Hüseynov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, "İdman Veteranları" İctimai Birliyinin sədri Zemfira Meftahətdinova və beynəlxalq dərəcəli hakim Elnur Məmmədli çıxışlar ediblər.

Turnir Ağacan Abiyev tərəfindən rəmzi olaraq "qonq"un vurulması ilə açıq elan edilib.

Açılış mərasimi bədii hissə ilə davam edib. Daha sonra professor Ağacan Abiyevin 85 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış mərasimindən sonra yarışlara start verilib. Turnir dekabrın 19-dək davam edəcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər