"AmCham": Maliyyə sektorunda texnologiya və innovasiyalardan istifadə zərurətdir
Maliyyə sektorunda texnologiyadan və innovasiyalardan istifadə artıq lüks deyil, zərurətdir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") prezidenti Dəyanət Sədullayev bildirib.
"Bütün maliyyə qurumları - banklar, sığorta şirkətləri və s. daha çox məlumatlara əsaslanan (data-driven) şirkətlərə çevrilib. Texnoloji tərəqqi olmadan geridə qalacaqsınız. Məhz buna görə biz "AmCham" olaraq inanırıq ki, innovasiya və inklüzivlik biznes üçün seçim deyil, əsas zərurətdir. Qəribə də olsa, məktəblərdə, universitetlərdə öyrəndiklərimiz və bugünkü reallıqdakı maliyyə funksiyaları tamamilə fərqlidir. Bir araya gələrək bazarda nələrin baş verdiyini, nələrə uyğunlaşmalı olduğumuzu və nələri dəyişməli olduğumuzu müzakirə edirik. Dəyişiklikdən danışarkən, söhbət yalnız texnoloji deyil, həm də insanların dəyişməsindən gedir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"AmCham": Biznes qurumlarının birgə fəaliyyətində irəliləyiş hədəfləyirik
Banklar kibertəhlükələrə qarşı birləşirlər: Yeni texnologiya nə vəd edir?
Valideynlərin diqqətinə! Uşaqları bu yollarla telefondan uzaq tuta bilərsiniz
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













