"Araz-Naxçıvan" klubu qış fasiləsində hazırlığı Azərbaycanda keçəcək
Far.Az xəbər saytı

"Araz-Naxçıvan" klubu qış fasiləsində hazırlığı Azərbaycanda keçəcək


"Araz-Naxçıvan" klubu qış fasiləsində hazırlığı Azərbaycanda keçəcək.

Bunu "Report"a açıqlamasında Premyer Liqa təmsilçisinin icraçı direktoru Eldəniz Yusubov deyib.

Klub rəsmisi vaxt azlığı səbəbindən təlim-məşq toplanışı məqsədilə ölkə xaricinə yollanmaq fikrində olmadıqlarını bildirib:

"Gələn il yanvarın 5-də və ya 6-da toplanışa start vermək istəyirik. Yanvarın 23-də Misli Premyer Liqasında oyunumuz olacaq. Xaricə gedib-gəlmək bir neçə gün vaxtımızı alar. Belədə toplanış üçün 13-14 gün vaxt qalır. Bu müddətdə başqa ölkəyə yollanmaq nə qədər doğru olar? Vaxt baxımından bizə sərf etmir".

Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda turnir cədvəlində 23 xalla 6-cı pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər