Kimyaterapiyanın təsirini gücləndirməyin gözlənilməz yolu tapılıb
Far.Az xəbər saytı

Kimyaterapiyanın təsirini gücləndirməyin gözlənilməz yolu tapılıb


Ultrasəs və titrəyən nanohissəciklərin kombinasiyası kimyaterapiyanın effektivliyini artıra bilər. Yeni üsul dərmanların sıx şiş toxumalarına daha asan nüfuz etməsinə kömək edir.

Far.Az xəbər verir ki, bu qənaətə ABŞ-nin Kolorado Universitetinin (Boulder) alimləri gəliblər.

Araşdırmanın nəticələri "ACS Applied Nano Materials" jurnalında dərc olunub.

Bir çox şişlər yüksək sıxlığa malik olur və onların sərt quruluşu xərçəng əleyhinə dərmanların toxuma daxilində bərabər paylanmasına mane olur. Bu problemi aradan qaldırmaq üçün alimlər təxminən 100 nanometr ölçüsündə nanohissəciklər hazırlayıblar. Bu hissəciklər yüksək tezlikli ultrasəsin təsiri altında titrəməyə başlayır. Nəticədə şişin quruluşu müvəqqəti olaraq dəyişir və toxumanın sərtliyinə cavabdeh olan zülalların miqdarı azalır.

Üçölçülü şiş modelləri üzərində aparılan təcrübələr göstərib ki, bu üsul hüceyrələri məhv etmir və toxumaya zərər vermir, sadəcə şiş mühitini yumşaldır. Bu isə dərmanların şişin dərin qatlarına daha yaxşı nüfuz etməsinə imkan yaradır və eyni zamanda ənənəvi terapiyalara xas olan toksiklik və yan təsirlərin artmasına səbəb olmur.

Hazırda texnologiya heyvan modelləri üzərində sınaqdan keçirilir. Gələcəkdə onun süd vəzi, prostat və yumurtalıq xərçəngi də daxil olmaqla lokallaşmış xərçəng növlərinin müalicəsində köməkçi üsul kimi tətbiq edilməsi planlaşdırılır. Məqsəd mövcud müalicə sxemlərinin dəqiqliyini və effektivliyini artırmaqdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər