Azərbaycanda yeni vençur fondu yaradılıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təsisçiliyi ilə "Tumar Ventures" adlı yeni vençur fondu yaradılıb.
"Report" xəbər verir ki, bunu "İDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib.
"Bu, bizim üçüncü vençur fondumuzdur", - deyə o qeyd edib.
Xatırladaq ki, İRİA-nın təşəbbüsü ilə bu gün Azərbaycanın innovasiya ekosistemində ən mühüm hadisələrdən biri olan "IDDA Awards" müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı, startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
"IDDA Awards" Azərbaycanda innovasiyaların təşviqinə, startapların yaratdığı qabaqcıl texnoloji həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də özəl sektorda tətbiqini stimullaşdıran mühüm platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda təşkil olunan Millətlər Liqasının mükafatlandırma mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













