Naxçıvanda poçt və telekommunikasiya sahəsində yeni mərkəz yaradılır
Far.Az xəbər saytı

Naxçıvanda poçt və telekommunikasiya sahəsində yeni mərkəz yaradılır


"Naxçıvanpoçt" MMC, "Naxçıvan Telekom" MMC və "Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi" publik hüquqi şəxs birləşdirilərək onların əsasında "Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi" MMC yaradılır.

"Far.Az"un yerli bürosu xəbər verir ki, bu bərədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədrinin birinci müavini Bəxtiyar Məmmədov Fərman imzalayıb.

Yeni yaradılan Cəmiyyət birləşdirilən qurumların hüquqi varisi olacaq, onların bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı Cəmiyyətə keçəcək. Cəmiyyət dövlət qeydiyyatına alınanadək mövcud qurumlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcək, işçilərin əməkhaqqı sistemi və qulluq funksiyaları dəyişməz saxlanılacaq.

Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bölüşdürülüb. Nazirlik Cəmiyyətin icra orqanlarının formalaşdırılması, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, nizamnaməsinin təsdiqi və maliyyə məsələlərinin həlli ilə bağlı geniş səlahiyyətlər əldə edib.

Nazirlər Kabinetinə və digər aidiyyəti qurumlara normativ hüquqi aktların Fərmana uyğunlaşdırılması ilə bağlı konkret müddətlər müəyyən edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə isə Cəmiyyətin nizamnaməsinin təsdiqi, dövlət əmlakının inventarizasiyası və Cəmiyyətin dövlət qeydiyyatına alınması tapşırılıb.

Qeyd edək ki, bu addım muxtar respublikada poçt, telekommunikasiya və yayım infrastrukturunun vahid mərkəzdən idarə olunmasını təmin etməklə rəqəmsal inkişafın sürətləndirilməsinə xidmət edir.

Oxşar xəbərlər

Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər