Messiyə 1,1 milyon dollarlıq saat hədiyyə edilib
Far.Az xəbər saytı

Messiyə 1,1 milyon dollarlıq saat hədiyyə edilib


"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistana ilk turunun sonunda Anant Ambani tərəfindən təsis edilən Vantara - vəhşi təbiətin xilas edilməsi və mühafizəsi mərkəzini ziyarət edib.

Far.Az xəbər verir ki, bu səfərdən paylaşılan fotolarda azarkeşlər argentinalı futbolçunun qolunda dəyəri 1,1 milyon dollardan çox olan "Richard Mille RM 003-V2" saatını görüblər.

Məlumata görə, saat Messiyə Hindistanın ən varlı insanının oğlu olan iş adamı Anant Ambani tərəfindən hədiyyə edilib.

Qeyd olunur ki, bu modeldən dünyada cəmi 12 ədəd mövcuddur ki, bu da saatı son dərəcə nadir edir.

Hindistana səfəri zamanı argentinalı hücumçu dörd şəhəri - Mumbay, Yeni Dehli, Heydərabad və Kalkuttanı ziyarət edib.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər