Hesablama Palatasının yeni Strateji Planının ilkin layihəsi təqdim edilib
Far.Az xəbər saytı

Hesablama Palatasının yeni Strateji Planının ilkin layihəsi təqdim edilib


Hesablama Palatasının 2026–2030-cu illəri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatı keçirilib.

"Report" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, tədbirdə qurumun sədri və kollegiya üzvləri, Milli Məclisin üzvləri, ekspertlər, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.

Palatanın sədri Vüqar Gülməmmədov strateji planın əhəmiyyətindən bəhs edib, dövlət maliyyəsinin idarəedilməsi sahəsində aparılan islahatlara və onlardan irəli gələn çağırışlara adekvat reaksiya verilməsi üçün müəyyənləşdirilmiş məqsədlərdən söz açıb.

Daha sonra Palatanın aparat rəhbəri və struktur bölmə əməkdaşları strateji planın hazırlanması prosesi, cari vəziyyətin qiymətləndirilməsində istifadə olunan alətlər və onların nəticələri, strateji məqsədlər, yekun və aralıq nəticələr, monitorinq sistemi, habelə planın resurs və risk qiymətləndirilməsi barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, yeni plan növbəti 5 illik dövr üzrə fəaliyyətin yol xəritəsi rolunu oynamaqla dövlət maliyyəsinin idarəedilməsində keyfiyyətli dövlət auditinin rolunun artırılmasına xidmət edir. Əsas diqqət Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, o cümlədən digər dövlət qurumlarının informasiya sistemlərinə inteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektin tətbiqi və data analitika alətlərindən istifadənin genişləndirilməsi, yüksək keyfiyyətli dövlət auditi təcrübəsinin davam etdirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi, OMXÇ-nin auditi, beynəlxalq standartların tətbiqinin genişləndirilməsi, tövsiyələrimiz əsasında dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi, qlobal təşəbbüslərə dəstəyin verilməsi, beynəlxalq ali audit orqanları cəmiyyətində peşəkar imicin bir qədər də artırılması və s. kimi prioritetlərə yönəldiləcək.

Təqdimat çərçivəsində qonaqların bir sıra məsələlərlə bağlı təklifləri səsləndirilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər