Elnur Əliyev: "Bu il sənaye zonaları üzrə ixracın həcmi 17 % artıb"
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sənaye zonalarında ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib.
"Far.Az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.
Onun sözlərinə görə, bu dövrdə sənaye zonaları üzrə ixracın həcmi 17 % artıb və qeyri-neft-qaz ixracının təqribən 30 %-ni təşkil edib: "Rəqabət mühiti şirkətlərimizi məhsuldarlığını artırmağa və innovativ həllər tətbiq etməyə sövq edir ki, bu da iqtisadiyyatın modernləşməsinə töhfə verir".
E. Əliyev qeyd edib ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə bu baxımdan önəmlidir: "Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM tərəfindən sahibkarlıq subyektlərinin rəqəmsal transformasiyasına dəstək göstərilir, "Sənaye 4.0" proqramı icra olunur. Bu stimullaşdırıcı mexanizmlərlə yanaşı, KOBİA tərəfindən sahibkarlıq subyektlərinə bazarlara çıxış, bilik və bacarıqların artırılması, qrant proqramları, innovativ sahibkarlığın dəstəklənməsi, klasterləşmə istiqamətlərində də dəstək göstərilir".
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
-
Cənubi Qafqazın qarşıdurma məkanından əməkdaşlıq bölgəsinə çevrilməsi yolu













