Sumqayıtda qadını müəllim düzəldəcəyi vədi ilə aldadaraq 7 min manatını ələ keçirdi
Far.Az xəbər saytı

Sumqayıtda qadını müəllim düzəldəcəyi vədi ilə aldadaraq 7 min manatını ələ keçirdi


Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7 000 manat pulunu ələ keçirib.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilir ki, polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva şübhəli qismində saxlanılıb.

Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində "ağıllı" qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva ilə V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.

Oxşar xəbərlər

FHN şagird və müəllimlərlə təlim keçirdi
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
HUAWEI WATCH GT 6 PRO: Sağlam həyat üçün ağıllı yoldaş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər