“Bakcell” “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024”ün Tədbir Sponsorudur
Azərbaycanın ən sürətlisi “Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran Pri 2024”ün rəsmi tədbir sponsorudur. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.
Tərəfdaşlıq çərçivəsində “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” yarışında Azneft tribunası yenidən “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında qonaqlar “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcəklər. Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz innovativ məhsul və xidmətlərini tamaşaçılara təqdim edəcək.
“Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksək keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verməyə çalışır və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Oxşar xəbərlər
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Formula-1 Azərbaycan Qran Prisinə 100-dən çox tibb işçisi təhkim olunub
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
"Formula 1": Azərbaycan Qran-prisinin fan-zona və konsert biletləri satışa çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













