Azər Həşimov "Karvan-Yevlax"dan AFFA-ya şikayət edib
Far.Az xəbər saytı

Azər Həşimov "Karvan-Yevlax"dan AFFA-ya şikayət edib


Azər Həşimov "Karvan-Yevlax"dan AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət edib.

Bunu "Report"a açıqlamasında Yevlax təmsilçisindən kənarlaşdırılan baş məşqçinin vəkili Elcan Həsənli deyib.

O, mütəxəssisin hüquqlarının pozulduğunu söyləyib:

"Bir müddət gözləmə mövqeyi tutduq ki, klub tərəfindən Azər Həşimova kompensasiya ödənilsin və məsələ həllini tapsın. Lakin nəticə çıxmadı. Artıq AFFA Oyunçuların Statusu və Transferi Komitəsinə şikayət ünvanlanıb. Sona qədər mübarizəmiz davam edəcək. Bütün bunlar hüquqi işlərdir, məhkəmə prosesi uzun çəkə bilər. Sonda istəyimizə nail olacağımıza inanıram. Qərar bizi qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutacağıq".

Qeyd edək ki, bir müddət əvvəl "Karvan-Yevlax" baş məşqçi Azər Həşimovun müqaviləsinə birtərəfli xitam verib.

Oxşar xəbərlər

AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Bakıda "Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu" mövzusunda beynəlxalq konfrans keçirilir
Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər