Naxçıvanda 3 mindən çox fermer əkinlərini EKTİS-də bəyan edib
Far.Az xəbər saytı

Naxçıvanda 3 mindən çox fermer əkinlərini EKTİS-də bəyan edib


Naxçıvan Muxtar Respublikasında 3 446 fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinləri və çoxillik əkmələri bəyan edib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, fermerlərin prosesə cəlb olunmasını asanlaşdırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir.

Eyni zamanda, əkin bəyanı prosesinin sürətləndirilməsi üçün rayon və kəndlərdə səyyar xidmətlər təşkil olunur. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi məlumatlandırma sessiyalarını da davam etdirir. Bu görüşlərdə fermerlər aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumatlandırılır.

Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 10 365 bəyan sənədi yüklənib, payızlıq və çoxillik əkinlər üzrə isə 16 313 bəyan işlənib. Ümumilikdə əkin bəyanları isə 7 min hektardan çox əkin sahəsini əhatə edir.

Qeyd edək ki, payızlıq əkinlərin EKTİS-də bəyanı prosesi dekabrın 30-da başa çatacaq. Fermerlərə vaxtında müraciət edərək əkinlərini bəyan etmələri tövsiyə olunur.

Oxşar xəbərlər

EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər