Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib
Muxtar respublika səhiyyəsində aparılan islahatların davamı olaraq, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb.
"Report"un yerli bürosu xəbər verir ki, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TMİB-in tabeliyinə verilməsi prosesi davam edir. “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”, “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi”, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası”, “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” və “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxslərinin “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin tabeliyinə keçirilməsi üzrə təhvil-təslim prosesləri yekunlaşdırılıb.
Proseslərin davamı olaraq, “Naxçıvan Muxtar Respublika Xəstəxanası”, “Culfa Regional Tibb Mərkəzi”, “Şərur Regional Tibb Mərkəzi”, “Şahbuz Rayon Mərkəzi Xəstəxanası” və “Babək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur













