Azərbaycanda balıqçılığın vergiyə cəlb edilməsi mexanizmləri təkmilləşdirilə bilər
Azərbaycanda balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, habelə bu sahədə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib.
"Far.Az" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər mövzusunda mətbuat konfrasında bildirib.
"Balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illərdir ki, kənd təsərrüfatı sahəsinə aid edilməyib. Bu səbəbdən də kənd təsərrüfatı sahələrinə tətbiq edilən vergi güzəştləri, eləcə də müxtəlif dövlət dəstəyi mexanizmləri balıqçılıq sahəsinə tətbiq olunmayıb.
Balıqçılıq, o cümlədən akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü şəkildə təşkili məqsədilə müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Layihə çərçivəsində akvakultura təsərrüfatlarının yaradılması və inkişafının stimullaşdırılması, investisiya cəlbediciliyinin artırılması, müasir istehsal texnologiyalarının tətbiqi və məhsuldarlığın yüksəldilməsi əsas prioritetlər olaraq müəyyən edilib", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
-
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb
-
Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşları qəbul edib
-
FHN Qubada texniki təhlükəsizlik mövzusunda seminar-müşavirə keçirib
-
Rəşad Nəbiyev Qəbələdə vətəndaşları qəbul edib
-
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb













