Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Far.Az xəbər saytı

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib


Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.

"Far.Az" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yarımfinal mərhələsinin döyüşləri nəticəsində təmsilçilərimiz həlledici qarşılaşmalarda iştirak hüququ əldə ediblər.

Cəmilə Muradlı (57 kq) Morena Stifani (İtaliya) ilə üz-üzə gəlib və 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, çempionluq döyüşündə Aliya İbrahimlə (Almaniya) qarşılaşacaq.

Səma Abbasova (66 kq) Justina Anufriyevanı (Rusiya) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edib. Milli üzvü həlledici görüşdə Ada Eybeylə (Türkiyə) qüvvəsini sınayacaq.

Həsrət Məmmədov (46 kq) Ronan Çarlzdan (İrlandiya) üstün olub – 3:2 (28:29, 30:27, 30:27, 30:27, 28:29). Boksçumuz finalda Kristi Kaşunu (Rumıniya) sınağa çəkəcək.

İsmayıl Nəsirzadə (52 kq) Martin Nevinlə (İrlandiya) döyüşü aktivinə yazaraq 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib. Təmsilçimizin həlledici qarşılaşmada rəqibi Şaylo Makleod (İngiltərə) olacaq.

Məhəmmədəli İstamov (57 kq) isə Nikita Zaxarçenkoya (Ukrayna) qalib gəlib – 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26). O, qızıl medal uğrunda görüşdə Con Elamla (İngiltərə) üz-üzə gələcək.

Daha 3 boksçumuz – Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə çempionatı bürünc medalla başa vurublar.

Qeyd edək ki, final döyüşləri oktyabrın 11-də keçiriləcək.

Oxşar xəbərlər

"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub
Milli komandamız finala vəsiqə qazanıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər