Norveç Krallığı şahzadə üçün ağciyər AXTARIR
Norveç Krallığı Mətbuat Xidməti Vəliəhd Şahzadə Mette-Maritin səhhətində yaranan pisləşmə səbəbilə onun ağciyər köçürülməsinə ehtiyac duyula biləcəyini açıqlayıb.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı Mette-Marit Norveç Vəliəhd Şahzadəsi Haakonun həyat yoldaşıdır. O, 2018-ci ildə ağciyərlərdə çapıqların yaranmasına və oksigen çatışmazlığına səbəb olan xroniki xəstəlik - pulmonar fibroz diaqnozu alıb. Krallıq rəsmiləri son aylarda aparılan tibbi müayinələrin vəziyyətində nəzərəçarpacaq dərəcədə pisləşmə olduğunu bildirir.
Mette-Maritin nə vaxt orqan transplantasiyası gözləyən şəxslərin siyahısına daxil ediləcəyi hələlik dəqiq bilinmir. Lakin Oslo Universitet Xəstəxanasının Ağciyər Xəstəlikləri üzrə mütəxəssisi professor Are Martin Holm bildirib ki, ağciyər köçürülməsi üçün tələb olunan mərhələyə yaxınlaşılır və prosesə hazırlıq görülür.
Qeyd edək ki, şahzadənin xəstəliyi uzunmüddətli müalicə tələb edir və səhhətində son dövrlərdə yaşanan geriləmə onun orqan transplantasiyasını gündəmə gətirib.
Hazırda Krallıq və tibb mütəxəssisləri vəziyyəti yaxından izləyir və növbəti addımlar barədə qərar veriləcəyi gözlənilir.
Oxşar xəbərlər
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













