Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb
Far.Az xəbər saytı

Hindistanda qatarın fil sürüsünü vurması nəticəsində səkkiz heyvan ölüb


Hindistanın şərqində sərnişin qatarı fil sürüsünə çırpılıb, nəticədə səkkiz heyvan ölüb.

"Report" xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.

Hadisə gecə vaxtı şərqdəki Assam ştatında baş verib. Sairanq–Yeni Dehli marşrutu ilə hərəkət edən "Rajdhani Express" qatarı vəhşi fil sürüsünə çırpılıb. Yerli meşə təsərrüfatının məlumatına görə, səkkiz heyvan həlak olub.

Qəza nəticəsində qatarın beş vaqonu və lokomotivi relsdən çıxıb. "Lakin sərnişinlər arasında xəsarət alan olmayıb", – Şimal-Şərq Sərhəd Dəmir Yolunun rəhbərliyi bildirib.

Zərər çəkmiş dəmir yolu sahəsindən keçməli olan qatarlar başqa marşruta yönləndirilib. Hazırda bərpa işləri aparılır.

Oxşar xəbərlər

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Hacıqabulda vəhşi heyvan və quşların saxlanıldığı məşhur restoranlarda monitorinq keçirilib
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər