Nazir: Monteneqro Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlər görür
Azərbaycan enerji resurslarının nəqli sahəsində lider olmağa çalışır, Monteneqro isə gələcəkdə Balkan ölkələri və Avropa arasında enerji qovşağı rolunu oynaya bilər.
"Far.Az" xəbər verir ki, bunu Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviç Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.
"Monteneqronun enerji resurslarının Avropaya nəqli baxımından əlverişli coğrafi mövqeyi Azərbaycanla əməkdaşlığa marağı artırır və bir çox birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır", - nazir bildirib.
O qeyd edib ki, Monteneqro bərpa olunan enerji mənbələri sahəsində böyük imkana malikdir: ölkədə ildə 200-dən çox günəşli gün və böyük hidroresurs potensialı var.
"İnanıram ki, biz Azərbaycandan Avropanın qərb hissəsinə qədər strateji əhəmiyyət kəsb edəcək İon-Adriatik qaz kəməri çərçivəsində əməkdaşlıq etmək imkanına malik olacağıq", - o qeyd edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













