"Dəyirman"ın üzvü bu qurumda yüksək vəzifədədir
Far.Az xəbər saytı

"Dəyirman"ın üzvü bu qurumda yüksək vəzifədədir


Məşhur "Dəyirman" qrupunun keçmiş üzvü Anar Abdullayev qurumların birində yüksək vəzifədə çalışır.

BAKU.WS xəbər verir ki, bununla bağlı Modern.az məlumat yayıb.

Bildirilib ki, o, 2023-cü ildən "AzerGold" QSC-də müşavir kimi fəaliyyət göstərir.

Qeyd olunub ki, "Dəyirman" qrupu dağıldıqdan sonra A. Abdullayev karyerasını musiqi sahəsində davam etdirməyib. Keçmiş reper Azərbaycan Dövlət Neft və Sənayə Universitetində "Neft-qaz mühəndisi" ixtisası üzrə bakalavr, Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetində MBA proqramı üzrə magistr təhsili alıb.

O, ali təhsil aldığı ixtisas üzrə bir müddət xaricdə çalışıb. Azərbaycana qayıdandan sonra isə 2011-2023-cü illərdə "SOCAR - Integrated drilling" trestində "Ümid", "Bulla-dəniz" qazma istehsalat idarəsinin rəhbəri, qazma işləri üzrə müşavir vəzifələrində çalışıb.

Xatırladaq ki, "Dəyirman" hip-hop qrupu 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərib. Qrup üzvləri Miri Yusif, Malik Kələntərli, Elmir Məhərrəmov və Anar Abdullayev olub.

"Dəyirman" 1999-cu ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, ya ölüm" mahnısı ilə uğur qazanıb. Sözügedən mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi sənədli filmlə remiks olunub.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər