İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb
Far.Az xəbər saytı

İlon Mask 700 milyard dollarlıq sərvətlə tarixi rekorda imza atıb


Amerikalı iş adamı İlon Mask tarixdə sərvəti 700 milyard dolları keçən ilk insan olub.

"Report" xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Maskın sərvəti Delaver ştatının Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını ləğv etdikdən sonra artıb. Həmin qərarda iş adamına "Tesla" şirkətinin səhmlərinə dair mükafat şəklində verilən 139 milyard dollar etibarsız sayılmışdı.

"Forbes"un hesablamasına görə, uğurlu apellyasiyadan sonra Maskın sərvəti rekord 749 milyard dollara çatıb.

Bundan əvvəl jurnal Maskı sərvəti 600 milyard dolları ötən ilk insan adlandırmışdı. Bu, "SpaceX" şirkətinin səhmlərin alınması üzrə ictimai təklif elan etməsindən sonra baş vermişdi. Həmin prosesdə şirkət 800 milyard dollar dəyərində qiymətləndirilmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
Maskın davam edən şousu  - müxalif partiya yaratmaq cəhdi - ŞƏRH
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər