Azərbaycanda bu məhsullar vergidən azad olunacaq - Yanvarın 1-dən...
Far.Az xəbər saytı

Azərbaycanda bu məhsullar vergidən azad olunacaq - Yanvarın 1-dən...


"Gübrələrdən istifadə kənd təsərrüfatının dinamik inkişafı və məhsuldarlığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, yalnız mineral gübrələrin idxalı və satışı ƏDV-dən azaddır".

Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrəyə əlçatanlığının artırılması, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təminatının gücləndirilməsi, tullantı kimi ətraf mühitə atılan xammalın emala cəlb edilməsi məqsədilə orqanomineral gübrələrin də idxalı və satışının ƏDV-dən azad edilməsi nəzərdə tutulur:

"Belə ki, 2026-cı ildən etibarən mineral gübrələrlə yanaşı, üzvi və üzvi-mineral gübrələrin idxalı və satışından ƏDV tutulmayacaq.

Bu dəyişikliklər nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin azalacağı gözlənilir ki, bu da öz növbəsində son istehlak qiymətlərinə təsir edəcək. Eyni zamanda, əhalinin ekoloji təmiz və keyfiyyətli kənd təsərrüfatı məhsullarına çıxış imkanları artacaq, sektorun inkişafı və davamlılığı güclənəcək".

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək?
Bərdədə istehlaka yararsız at ətinin satışının qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər