70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib
70 saylı Neftçala Seçki Dairəsindən daxil olan şikayət araşdırılıb.
"Far.Az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın və Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə şikayətlə qeydə alınmış namizəd Nağıyeva Vəfa Cəmalləddin qızı qurumamüraciət edib:
"Namizəd seçki günü dairənin əksər məntəqələrində qanun pozuntularına yola verildiyini iddia edib. O, dairənin 23 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş edib. Vəfa Nağıyeva təşviqat dövründə pozuntular baş verdiyini, seçki günü müşahidəçilərə maneə yaradıldığını, bəzi seçicilərin bir cox məntəqədə səs verdiyini, səslərin müşahidəçilərin olmadığı yerdə sayıldığını iddia edib. O, MSK-ya 86 videogörüntü, protokollar və sənədlər təqdim edib. Vəfa Nağıyeva araşdırmada özü iştirak edib. Araşdırma zamanı 5, 6,10, 27, 32, 34 saylı seçki məntəqələrindən namizədin təqdim etdiyi protokollarla MSK-nın rəsmi saytında dərc edilən protokollar arasında uyğunsuzluq aşkarlanıb. Namizəd protokolları MSK-ya təqdim etməkdən imtina edib".
Onun sözlərinə görə, dairənin 5 seçki məntəqəsində olan veb-kameralar səsvermə başlayandan bitənədək qeydiyyat aparıb:
"Bütün bunlar və təqdim edilən materiallar araşdırılıb. Müəyyən edilib ki, dairənin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrində qanun pozuntuları aşkarlanıb. Beləliklə, həmin məntəqələrdə nəticələr ləğv edilib. Seçki Məcəlləsinə əsasən, nəticələri ləğv edilən seçki məntəqələrinin sayı dairənin nəticələrinin ləğvi üçün hüquqi əsas yaratmır".
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Parlament seçkilərində 33 saylı Seçki Dairəsinin bəzi məntəqələrində pozuntularla bağlı iddia araşdırılıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













