Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə öldü
Far.Az xəbər saytı

Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə öldü


Tovuz Peşə Liseyinin korrupsiyada təqsirli bilinən sabiq direktoru Tanrıverdi Tanrıverdiyev həbsdə dünyasını dəyişib.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə bu səbəbdən yeni qərar qəbul edib.

Qərara əsasən, onunla bağlı son müraciətə xitam verilib. Ərizədə ölüm səbəbi uzunmüddətli xəstəlik göstərilib.

Qeyd edək ki, keçmiş direktor külli miqdarda mənimsəmə, rüşvətalma, ağır nəticələrə səbəb olan səhlənkarlıqda ittiham olunub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi T. Tanrıverdiyevə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası versə də, prokurorun etirazı hökmü dəyişib.

Apellyasiya instansiyasının yeni qərarı ilə Tanrıverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun evi və torpaq sahələri də müsadirə olunub.

Cinayət işi üzrə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəymiş ziyan 200 min manata yaxın olub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Azərbaycanda həbsdə olan icra başçıları: Siyahıya bir ad daha ƏLAVƏ OLUNDU
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər