Sərxan Hacıyev: AFFA-nın strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri nəzərə alınacaq
Far.Az xəbər saytı

Sərxan Hacıyev: AFFA-nın strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri nəzərə alınacaq


AFFA-nın strategiyasının yazılmasında Fernandu Santuşun da qeydləri nəzərə alınacaq.

"Report" xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi bu gün baş tutan iclasda Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun da iştirak etdiyini bildirib:

"Bugünkü görüşdə Fernandu Santuş da iştirak edirdi. Onun fikirləri ilə də tanış olduq. Həmçinin bu gün aşağı yaş qruplarından ibarət yığmalarla bağlı müzakirələr aparıldıqda, Fernandu Santuşun da fikirləri və ümumiyyətlə, qeydləri nəzərə alındı. Onun da uşaq və gənclər futbolu ilə bağlı müəyyən qeydləri, fikirləri var idi. AFFA-nın strategiyasının yazılmasında onun da düşüncələri nəzərə alınacaq".

Qeyd edək ki, Fernandu Santuş iyun ayının 12-dən Azərbaycan yığmasına baş məşqçi təyin olunub.

Oxşar xəbərlər

AFFA-nın icraçı vitse-prezidenti: Oktyabrda lisenziyalaşdırma qaydaları ilə bağlı iclas keçiriləcək
AFFA rəsmisi: Yeni strategiya 2025-2028-ci illəri əhatə edir
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Fernandu Santuş: Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər