Yalçın Rəfiyev Praqada COP29-la bağlı tədbirdə iştirak edib
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyin təşkilatçılığı ilə Praqada ATƏT-in 31-ci İqtisadi və Ətraf Mühit Forumu çərçivəsində “COP29: ambisiyanın genişləndirilməsi və fəaliyyətin təşviq edilməsi vasitəsilə iqlim dəyişikliyi çağırışları ilə mübarizədə həmrəylik və birliyin təşviq edilməsi” adlı yan tədbir təşkil olunub.
"Far.Az" xəbər verir ki, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri, Avstriyanın ATƏT yanında Daimi Nümayəndəsi Florian Rauniqın moderatorluğu ilə keçirilmiş bu tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev iştirak və çıxış edib.
Nazir müavini Y. Rəfiyev iqlim dəyişikliyinin qlobal mənfi təsirləri barədə söz açaraq cari ilin noyabr ayında ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransına (COP29) ev sahibliyi edəcəyini qeyd edib, COP29-a hazırlıq çərçivəsində aparılan danışıqlar prosesinin hazırkı statusu, Azərbaycan tərəfindən irəli sürülmüş 14 təşəbbüs və onların təşviqi istiqamətində aparılan işlər, Azərbaycanın enerji keçidi və iqlim siyasəti barədə məlumat verib.
Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə xüsusunda inklüzivlik və əməkdaşlığı təşviq etdiyini qeyd edərək, COP29 Sədrliyinin bir çox tərəfdaşlarla sıx təmasda olduğunu bildirib.
ATƏT nümayəndəsi B.Djusupov iqlim dəyişikliyi mövzusunun ATƏT-in diqqət mərkəzində olduğuna və bu istiqamətdə bir sıra öhdəliklərin mövcud olduğuna istinad edərək Təşkilat tərəfindən bu istiqamətdə aparılan fəaliyyət barədə məlumat verib, ATƏT-in COP29-da iştirak planlarından danışıb.
Tədbir çərçivəsində ATƏT-in iştirakçı dövlətlərinin fikirləri dinlənilib, sualları cavablandırılıb. İştirakçılar tərəfindən iqlim dəyişikliyi ilə mübarizədə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, etimadın qurulması və qlobal səylərin artırılmasına Azərbaycan Sədrliyinin verdiyi töhfənin əhəmiyyəti vurğulanıb, bu fəaliyyətdə ölkəmizə uğurlar arzulanıb.
Qeyd olunmalıdır ki, İqtisadi və Ətraf Mühit Forumu ATƏT-in iqtisadi ölçüsünün illik əsasda keçirilən ən böyük tədbiridir.
Forum təşkilatın iqtisadi və ətraf mühit istiqamətləri üzrə iştirakçı dövlətlərin öhdəliklərinin nəzərdən keçirilməsi və bu öhdəliklərin yerinə yetirilməsi istiqamətində aparılan fəaliyyətin müzakirəsi üçün platformadır.
Oxşar xəbərlər
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib
"COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarı keçirilib
Nazir: İqlim dəyişmələri Azərbaycanın kənd təsərrüfatına ciddi təsir göstərir
BMT rəsmisi: Azərbaycanın COP29-a hazırlaşmaq üçün məhdud vaxtı olub, lakin peşəkar şəkildə irəliləyiş əldə edilib - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib













