Gəncə şəhərində "CityCard" ödəniş sistemində süni intellekt əsaslı dəstək xidməti istifadəyə verilib
Far.Az xəbər saytı

Gəncə şəhərində "CityCard" ödəniş sistemində süni intellekt əsaslı dəstək xidməti istifadəyə verilib


Gəncə şəhərində ictimai nəqliyyatda tətbiq olunan nağdsız ödəniş sisteminin funksionallığının artırılması məqsədilə "CityCard Azerbaijan" mobil tətbiqində süni intellekt əsaslı yeni dəstək xidməti istifadəyə verilib.

Yeni funksiya sərnişinlərin "CityCard" ilə bağlı yaranan suallarına operativ və fasiləsiz şəkildə cavab almalarına imkan yaradır. Süni intellekt əsaslı dəstək xidməti vasitəsilə istifadəçilər ödəniş prosesi, kart balansı, tətbiqin funksiyaları və digər mövzular üzrə məlumatları qısa müddətdə əldə edə bilərlər.

Qeyd olunan funksiya sərnişin məmnuniyyətinin artırılması, xidmətə əlçatanlığın genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində atılan növbəti addımdır.

Xidmətdən istifadə etmək üçün vətəndaşlar "CityCard Azerbaijan" mobil tətbiqinə daxil olaraq sol yuxarı küncdə telefon nömrəsi bölməsinə keçid etməli və açılan səhifədə "CityCard" dəstək xidmətini seçməlidirlər. Bundan sonra istifadəçilərin sualları dərhal cavablandırılır.

Yeni funksiyanın tətbiqi Gəncə şəhərində ictimai nəqliyyat sahəsində innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər