Bakıda üzərinə reklam lövhəsi aşan qadına zəruri tibbi xidmətlər göstərilib
Bakı şəhəri Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsində reklam lövhəsi (led-monitor) aşması nəticəsində qadın xəsarət alıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 20 sentyabr saat 16:10 radələrində 1968-ci il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Sözügedən şəxs ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında sentyabrın 20-si saat 18:20 radələrində özəl tibb müəssisəsinə təxliyə olunub.
"Far.Az"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə qeyd edilib ki, xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib: "Vətəndaşın vəziyyəti nəzarətdə saxlanılır və bütün lazımi tibbi tədbirlər həyata keçirilir. Hadisə ilə bağlı araşdırma aparılır".
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Beynəlxalq standartlara cavab verən Kliniki Psixologiya Mərkəzi - "Mayak"
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə kişi həyat yoldaşını qətlə yetirib
-
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
-
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
-
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
-
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
-
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir













