Lu Mey: Çin və Azərbaycan arasında ticarət və investisiyalar rekord göstəricilərə çatacaq
Far.Az xəbər saytı

Lu Mey: Çin və Azərbaycan arasında ticarət və investisiyalar rekord göstəricilərə çatacaq


Bu il Çin və Azərbaycan arasında ticarət və investisiyaların həcmi rekord göstəricilərə çatacaq.

"Report" xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu il həmçinin Azərbaycan və Xəzər dənizi ilə Çin - Avropa dəmir yolu ekspress marşrutu üzrə daşımaların həcminin ikiqat artacağı gözlənilir.

"Praktik əməkdaşlıq münasibətlərimizin əsasıdır. Bu il Çin və Azərbaycan arasında ticarət və investisiyaların həcminin rekord göstəricilərə çatacağı gözlənilir. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində əməkdaşlığımız hər iki ölkənin xalqlarına praktik fayda verir. Bu il Azərbaycan və Xəzər dənizi vasitəsilə Çin - Avropa dəmir yolu ekspress marşrutu üzrə daşımaların həcminin ikiqat artacağı gözlənilir", - o vurğulayıb.

Diplomat qeyd edib ki, 2026-cı il Çin-Azərbaycan münasibətlərində mühüm nailiyyətlər ili olub.

"Elə bu yaxınlarda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çində keçirilən Qlobal Dayanıqlı Nəqliyyat Forumunda iştirak edib və Çinlə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları haqqında hökumətlərarası saziş imzalayıb ki, bu da nəqliyyat əlaqələri sahəsində əməkdaşlığımıza əlavə təkan verəcək", - Lu Mey deyib.

Bundan əlavə, o qeyd edib ki, Çin və Azərbaycan suverenliyin, müstəqilliyin və ərazi bütövlüyünün qorunması məsələlərində hər zaman bir-birini dəstəkləyir, həmçinin bir-birinin seçdiyi inkişaf yoluna hörmətlə yanaşırlar.

"Çin Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin strateji rəhbərliyi sayəsində yüksək səviyyəli əməkdaşlığımız dövlətlər arasında qarşılıqlı etimad, bərabərhüquqlu və dostluq tərəfdaşlığına nümunədir. Gələcəyə baxaraq demək olar ki, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq geniş perspektivlərə və böyük potensiala malikdir. Çin iki dövlət başçısının əldə etdiyi mühüm razılaşmaların ölkələrimizə və xalqlarımıza daha çox fayda verməsi üçün onların tam şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycanla səyləri birləşdirməyə hazırdır", - səfir bildirib.

Onun sözlərinə görə, Pekin və Bakı BMT, ŞƏT və AQEM daxil olmaqla çoxtərəfli platformalarda sıx əməkdaşlıq edir və fəaliyyətlərini əlaqələndirirlər.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ağdam və Füzulidə Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan tədbirlər keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər