Tramp: Azərbaycan Prezidenti Ermənistanla münaqişənin nizamlanmasında ABŞ-nin rolunu qeyd edib
Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İrəvan ilə Bakı arasındakı münaqişənin nizamlanmasında amerikalı həmkarının rolunu qeyd edib.
"Report" xəbər verir ki, bu barədə Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında bildirib.
Tramp qeyd edib ki, vəzifəyə gəldikdən sonra səkkiz münaqişənin həllinə nail olub və bunun sayəsində həmin ölkələrin bir çox liderləri ilə dostluq münasibətləri qurub.
Onun sözlərinə görə, bu münaqişələrin çoxu illərlə, hətta onilliklərlə davam edirdi. Tramp bildirib ki, nizamlanmaya nail olmaq üçün o, liderlərlə şəxsi münasibətlərdən, ticarətdən, tariflərdən və ya onları tətbiq etmək vədlərindən, habelə digər alətlərdən konkret ölkədən asılı olaraq istifadə edib.
Bu cür münaqişələr sırasında o, Kamboca və Tailand, Kosovo və Serbiya, Konqo Demokratik Respublikası və Ruanda, Pakistan və Hindistan, həmçinin Ermənistan ilə Azərbaycan arasındakı qarşıdurmaların adını çəkib.
"Azərbaycan Prezidenti deyib ki, möcüzə yaratmaq üçün Prezident Trampa altı ay lazım oldu. Bu, heç kimin mümkün hesab etmədiyi əsl möcüzə idi", - Tramp bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda ağır qəza: Piyada hadisə yerində öldü
-
Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
-
Bakı Konqres Mərkəzində TÜSTÜLƏNMƏ
-
Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar
-
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
-
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur













