"Zenit" Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib
Far.Az xəbər saytı

"Zenit" Azərbaycan millisinin futbolçusuna yeni müqavilə təklif edib


Rusiyanın "Zenit" klubu Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.

Bu barədə "Far.Az"a 23 yaşlı müdafiəçi məlumat verib.

Yığma üzvü hələlik qərar vermədiyini diqqətə çatdırıb:

"Yanvarda komandamız yeni mövsüm üçün toplanacaq. Klubla daha 1 illik müqaviləm qalıb. "Zenit" mənə yeni sözləşmə də təklif edib. Ancaq bununla bağlı hələlik qərara gəlməmişəm. Fikirləşdikdən sonra düzgün olan addımı atacağam".

N.Mirzəliyeva başqa təkliflərinin olduğunu da sözlərinə əlavə edib:

"Avropa ölkələrinin birində özümü inkişaf etdirmək istəyirəm. Yaxşı təklif olsa, düşünəcəyəm, dəyərləndirəcəyəm".

Qeyd edək ki, Nigar Mirzəliyevanın "Zenit"lə müqaviləsinin müddəti 2026-cı ilin sonunadək qüvvədədir.

Oxşar xəbərlər

"Borussiya" "Qarabağ"ın bu futbolçusuna elçi düşüb - 7 milyon avro
SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Yeni - 2026-cı ili Shamakhi Palace Sharadil-də qarşılayın
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər