Keçmiş FIFA referisi Ronalduya qırmızı vərəqə göstərdiyi üçün "Real"ın oyunlarına təyinat almayıb
İspaniyalı keçmiş FIFA referisi Xavyer Estrada Fernandes, "Real" sabiq futbolçusu Kriştianu Ronalduya qırmızı vərəqə göstərdiyinə görə, Madrid təmsilçisinin oyunlarına 2 il müddətinə təyinat almayıb.
"Report" "Sport.es"ə istinadən xəbər verir ki, bu barədə hakim özü bildirib.
O, 2009-cu ildə "Almeriya" ilə matçda Ronaldunu qırmızı vərəqə ilə cəzalandırdıqdan sonra təxminən 2 il "Real"ın oyunlarına təyinat almadığını söyləyib.
"Həmin oyundan sonra, evə qayıdanda hakimlər heyətinin rəhbəri Sançes Arminio mənə zəng etdi. O, baş verənlərdən məmnunluq hissi keçirmədiyini, hadisənin hər bir idman qəzetinin ön səhifələrində yer alacağını və bunun nəticələrinin olacağına işarə etdi. Futbolun bilinməyən, yaxud insanların bilmək istəmədiyi qaranlıq tərəfləri və bundan öz məqsədləri üçün istifadə edənlər var", - deyə X.Fernandes bildirib.
Qeyd edək ki, K.Ronaldu 2009/2010 mövsümündə La Liqanın XII turunda baş tutan "Real" - "Almeria" (4:2) matçının 88-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra meydandan qovulmuşdu.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Holann İngiltərə Premyer Liqasında vurduğu qolların sayında Ronalduya çatıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.













