Səlahiyyətli nümayəndə: Naxçıvanda kommunal xidmətlərin inkişafı dövlətin xüsusi diqqətindədir
Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas vəzifələrdən biri yaşayış məntəqələrinin abadlığı və müasir tələblər əsasında inkişafının təmin olunmasıdır.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhər və muxtar respublikanın rayon icra hakimiyyəti orqanları üçün sifariş verilmiş 31 texnikaya baxış keçirən Prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov deyib.
Ceyhun Cəlilov bildirib ki, kommunal xidmətlərin inkişafı dövlətin xüsusi diqqətindədir və növbəti ildən bu say artırılacaq, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti daha da yüksəldiləcək.
Məlumat verilib ki, yeni alınmış çoxfunksiyalı yük və su avtomobilləri, yük-sərnişin avtomobilləri, tullantıdaşıyan avtomobillər, avtosəbətlər, qəza-bərpa avtomobilləri, yersüpürən maşınlar, ekskavator-yükləyicilər, buldozerlər, qoşqusu ilə birlikdə traktorlar və kran manipulyator yerlərdə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar vəziyyətin daha da yaxşılaşmasına öz töhfəsini verəcək.
Yeni gətirilmiş texnikaların 12-si Naxçıvan şəhər, 2-si Şərur, 6-sı Babək, 7-si Ordubad, 2-si Culfa, 1-i Kəngərli və 1-i Şahbuz rayon icra hakimiyyətlərinə təqdim olunub.
Növbəti mərhələdə təqdim olunması üçün daha 11 yeni texnika sifariş verilib.
Səlahiyyətli nümayəndə həmçinin "Naxçıvan Aqroservis" Açıq Səhmdar Cəmiyyətində yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarına da baxış keçirib.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra icra başçılarını qəbul edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













