Gümüş bazarında tarixi rekord: 82 dollar həddini aşdı
Far.Az xəbər saytı

Gümüş bazarında tarixi rekord: 82 dollar həddini aşdı


Beynəlxalq əmtəə bazarlarında gümüşün qiyməti tarixi maksimuma yüksəlib. İlk dəfə olaraq bir troya unsiyası üzrə qiymət 82 dollar səviyyəsini keçərək rekord göstərici qeydə alınıb.

Far.Az xəbər verir ki, Bakı vaxtı ilə gecə saatlarında gümüşün qiyməti sürətlə artaraq əvvəlcə 81,95 dollara çatıb ki, bu da təxminən 6 faizlik yüksəliş deməkdir.

Qısa müddət sonra artım davam edərək metalın dəyəri bir troya unsiyası üçün 82,44 dollara qədər yüksəlib.

Eyni zamanda, qiymətli metallar bazarında qızıl da müsbət dinamika nümayiş etdirib. "Comex" birjasında 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4568 dollar səviyyəsində qərarlaşıb və cüzi artım qeydə alınıb.

Analitiklər gümüşün bahalaşmasını qlobal maliyyə bazarlarında artan risklər, inflyasiya gözləntiləri və təhlükəsiz aktivlərə tələbin güclənməsi ilə əlaqələndirirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ekspert: "Qızılın bir unsiyası 3 600 dollara qədər bahalaşa bilər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər