Biləcəridəki körpələr evində qalmaqal
Far.Az xəbər saytı

Biləcəridəki körpələr evində qalmaqal


Paytaxtın Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evində qalmaqal yaşanıb.

BAKU.WS xəbər verir ki, valideynlərin "Unikal"a verdiyi məlumata görə, bağçanın müdiri Aysel Alməmmədova körpələr evinə qeydiyyatdankənar uşaqlar götürüb:

"Bir neçə gün əvvəl bağçaya yoxlama gəlib. Aysel Alməmmədova bu səbəbdən qeydiyyatdankənar olan uşaqları bağçanın əməkdaşlarının evlərinə göndərib. Bu proses beş gün davam edib.

Valideynlər isə bundan xəbərsiz olublar. Elə bilirik ki, uşaq bağçadadır. Sən demə, uşaqlar beş gün bağça işçilərinin evlərində saxlanılıblar. Məsələni gizlətmək üçün yalandan deyirdilər ki, guya uşaq yatıb, yemək yeyir və s."

Bakı Şəhər Təhsil İdarəsindən Oxu.Az-a verilən məlumata görə, paytaxtdakı 298 nömrəli körpələr-evi uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılacaq.

Qeyd edək ki, A.Alməmmədova 2017-ci ildən etibarən 298 saylı körpələr evinin müdiridir.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər