ARDNF Körfəz ölkələrinə təxminən 900 milyon dollarlıq investisiya qoyub
Far.Az xəbər saytı

ARDNF Körfəz ölkələrinə təxminən 900 milyon dollarlıq investisiya qoyub


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son illərdə Körfəz ölkələrində ümumilikdə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya həyata keçirib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

Məlumata görə, investisiyalar əsasən suveren istiqrazlar, korporativ və dövlət təminatlı maliyyə alətləri, infrastruktur layihələri, həmçinin təhsil və real sektor istiqamətlərini əhatə edir. Xüsusilə Küveyt, Qətər və Səudiyyə Ərəbistanında Fond tərəfindən suveren borc alətləri vasitəsilə yatırımlar həyata keçirilib. Səudiyyə Ərəbistanı üzrə dövlət istiqrazlarına qoyulan investisiyaların həcmi isə təxminən 300 milyon ABŞ dolları təşkil edib.

Qeyd olunub ki, ARDNF-nin icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin bu yaxınlarda Səudiyyə Ərəbistanına səfəri əsasən yeni bazarların və tərəfdaşlıq imkanlarının araşdırılması, qarşılıqlı maraqların müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq üçün institusional dialoqun qurulması baxımından əhəmiyyət daşıyıb.

Bildirilib ki, bu cür təmaslar Fondun beynəlxalq investisiya coğrafiyasının genişləndirilməsi və uzunmüddətli perspektivdə strateji əhəmiyyət kəsb edən layihələrin formalaşdırılması üçün mühüm baza rolunu oynayır. ARDNF-nin investisiya siyasətinə uyğun olaraq, bütün potensial layihələr mərhələli şəkildə - texniki, maliyyə, hüquqi, risk və komplayns qiymətləndirmələrindən sonra nəzərdən keçirilir, məlumatda deyilir.

Vurğulanıb ki, bu yanaşma Fondun uzunmüddətli mandatına, risk–gəlir balansının qorunmasına və ehtiyatlı investisiya prinsiplərinə əsaslanır. ARDNF risk–gəlirlilik profili və uzunmüddətli strateji məqsədlərinə uyğun olaraq Körfəz regionunda yeni investisiya imkanlarını mütəmadi şəkildə dəyərləndirməyə davam edir.

Bu il oktyabrın 1-nə ARDNF-in aktivləri 70 milyard 161,7 milyon ABŞ dolları təşkil edib. Bu, yanvarın 1-i ilə müqayisədə 16,9 % çoxdur. ARDNF-nin investisiya portfelinin dəyəri il ərzində 14,7 % (8 milyard 969,5 milyon ABŞ dolları) artaraq 70 milyard 160,3 milyon ABŞ dollarına çatıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər