İsveçrədə baş verən yanğında 15 İtaliya vətəndaşı itkin düşüb
Far.Az xəbər saytı

İsveçrədə baş verən yanğında 15 İtaliya vətəndaşı itkin düşüb


İsveçrənin Kran-Montana dağ-xizək kurortunda yerləşən barda baş verən yanğın zamanı təxminən 15 italiyalı itkin düşüb, daha 12–15 nəfər isə xəsarət alıb.

"Far.Az"un ANSA-ya istinadən məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani açıqlayıb.

O bildirib ki, İtaliyanın İsveçrədəki səfirliyi ilə vətəndaşların qohumları əlaqə saxlayıblar. Tayaninin sözlərinə görə, o, şəxsən hadisə yerinə gedərək orada olan italyanlara dəstək verməyi planlaşdırır.

Yanğın 1 yanvar gecəsi "Constellation" barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb, onların arasında əcnəbilər də var.

İtaliyanın Bern şəhərindəki səfiri Can Lorenso Kornado bildirib ki, yanğına səbəb asma tavana atılmış fişəng olub. Yanğının şahidləri onun saniyələr içində alovlandığını deyiblər. İsveçrədə beş günlük matəm elan olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İsveçrədə kurortda partlayış olub, ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb - YENİLƏNİB-2
İtaliya səfiri İsveçrədə bardakı yanğına fişəngin səbəb olduğunu ehtimal edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər