Almaniyada 21 nəfər Yeni il lotereyasında ən azı bir milyon avro udub
Almaniyada Yeni il lotereyasında 21 nəfər ən azı bir milyon avro qazanıb.
"Report"un "Bild" qəzetinə istinadən məlumatına görə, bir çox dövlət lotereya şirkətləri Yeni il ərəfəsində xüsusi tirajlar keçiriblər.
Bu dəfə milyon avro qazanmaq şansı adi günlərdən daha yüksək olub. Hazırda ən azı 21 qalibin adı məlumdur və onların hər biri bir milyon avro mükafat əldə edib.
"Yeni il gecəsində Baden-Vürttemberqdə (Almaniyanın cənub-qərbində yerləşən federal əyalət) ən çox milyonçu qeydə alınıb - 12 nəfər", – deyə "Bild"ə "Lotto Baden-Württemberg" şirkətinin nümayəndəsi Viktoriya Kesper bildirib. Onun sözlərinə görə, bu, şirkətin tarixində bir gündə qeydə alınmış rekord sayda milyonçu qalibdir.
Bundan əlavə, Kesper qeyd edib ki, 2025-ci il ərzində 43 nəfər bir milyon avro qazanıb ki, bu da "Lotto Baden-Württemberg" üçün yeni rekord sayılır.
Qeyd olunub ki, lotereyalar ölkənin müxtəlif federal əyalətlərində ayrı-ayrı şirkətlər tərəfindən təşkil olunub. Yeni il ərəfəsində – 31 dekabrda 20 nəfər, 1 yanvarda isə bir nəfər qalib olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Türkiyə XİN Avropa Parlamentində qəbul olunan qərarı qınayıb
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













