İran silah satışında kriptovalyutaya keçir – raket və dronlar rəqəmsal valyuta ilə təklif olunur
İran xarici ölkələrə ballistik raketlər, pilotsuz uçuş aparatları və hərbi gəmilər daxil olmaqla, qabaqcıl silah sistemlərini kriptovalyuta qarşılığında satmağı təklif edir. Tehran bu üsulla Qərbin tətbiq etdiyi maliyyə məhdudiyyətlərini aşmağa çalışır.
Far.Az-in məlumatına görə, bu barədə "The Financial Times" nəşri yazıb. Bildirilir ki, İran Müdafiə Nazirliyinin İxrac Əməliyyatları Mərkəzi - "Mindex" - hərbi müqavilələrdə ödənişin kriptovalyutalarla yanaşı, barter yolu ilə və ya İran rialı ilə aparılmasını da müzakirə etməyə hazırdır. Qəzetin araşdırdığı reklam materialları və müqavilə şərtləri bunu təsdiqləyir.
Məqalədə qeyd olunur ki, son bir il ərzində gündəmə gələn bu təşəbbüs, bir dövlətin strateji hərbi texnikanın ixracında ödəniş vasitəsi kimi kriptovalyutanı açıq şəkildə qəbul etməyə hazır olduğunu nümayiş etdirdiyi ilk məlum nümunələrdən biri sayılır.
İranın hərbi məhsullarının xarici bazarlara çıxarılmasına cavabdeh olan "Mindex"in 35 ölkə ilə əməkdaşlıq etdiyi iddia edilir. Təşkilatın təqdim etdiyi silah kataloqunda "Emad" ballistik raketləri, "Şahed" tipli PUA-lar, "Şəhid Süleymani" sinifli hərbi gəmilər, eləcə də qısamənzilli hava hücumundan müdafiə sistemləri yer alır.
Oxşar xəbərlər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FT: İran silah alışı üçün kriptovalyuta ilə ödəniş təklif edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













