Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri
Far.Az xəbər saytı

Avropa liqalarında qış dövrünün diqqətçəkən transferləri


2025–2026 mövsümünün qış transfer dövründə Avropanın aparıcı futbol liqalarında bir sıra mühüm keçidlər rəsmiləşib.

Far.Az xəbər verir ki, klublar heyətlərini gücləndirmək üçün aktiv fəaliyyət göstərib və tanınmış futbolçular yeni komandalarına qoşulublar.

Ən bahalı transferlərdən biri Brennan Consonun keçidi olub. 24 yaşlı sağ cinah oyunçusu "Tottenhem"dən "Kristal Pelas"a 40 milyon avro qarşılığında transfer edilib. Təcrübəli yarımmüdafiəçi Paskal Qros isə "Borussiya Dortmund"dan "Brayton"a 2 milyon avroya keçib.

Gənc hücumçu Ceremi Arevalo "Racing Santander"dən "Ştutqart"a 7 milyon avroya transfer olunub. Braziliyalı Alysson "Qremio"dan "Aston Villa"ya 10 milyon avro qarşılığında keçib.

Transfer dövründə icarə razılaşmaları da diqqət çəkib. Hücumçu Elye Vahi "Ayntraxt Frankfurt"dan "Nitsa"ya 1,5 milyon avro icarə haqqı ilə qoşulub. "Real Madrid"in gənc istedadı Endrik isə mövsümün qalan hissəsini "Lion"da icarə əsasında keçirəcək.

Digər keçidlər arasında Sael Kumbedinin "Lion"dan "Volfsburq"a 6 milyon avroya transferi, Yunes Ebnoutalibin "SV Elversberg"dən "Ayntraxt Frankfurt"a 8 milyon avroya keçidi yer alır. Veteran müdafiəçi Tiaqo Silva isə "Fluminense"dən ayrılaraq azad agent kimi "Porto" ilə müqavilə imzalayıb.

Qış transfer pəncərəsində baş verən bu keçidlərin Avropa liqalarında rəqabəti daha da artıracağı gözlənilir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Neftçi" təcrübəli hücumçu transfer etdi - Vensan Abubakar Bakıda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər