"Barselona"nın futbolçusu zədələnib
İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Dani Olmo V turda "Jirona" ilə oyunda zədələnib.
"Report" AS-a istinadən xəbər verir ki, Ktaloniya təmsilçisinin 4:1 hesablı qələbə qazandığı görüşdə bir qol müəllifi olan milli üzvü 61-ci dəqiqədə bud nahiyəsindən aldığı zədədən sonra əvəzlənib.
O, bu səbəbdən təxminən iki həftə sıradan çıxa bilər. 26 yaşlı yarımmüdafiəçinin "Barselona"nın UEFA Çempionlar Liqasında "Monako" və İspaniya çempionatında "Vilyarreal" komandalarına qarşı oyunları buraxacağı gözlənilir.
Qeyd edək ki, D.Olmo "Barselona"ya 2024-cü ilin avqustunda "Leyptsiq"dən transfer olunub. Yarımmüdafiəçi kataloniyalıların heyətində meydana çıxdığı 3 oyunda 3 qol vurub.
Oxşar xəbərlər
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5
UEFA Çempionlar Liqası: "Qarabağ" üçüncü qolu qapısında görüb - YENİLƏNİB - 5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş













