Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞIB
"Ekoloji təmiz nəqliyyat vasitələri - hibrid və elektrik mühərrikli avtomobillərə tətbiq olunan güzəştlər artıq yanvar ayından bitib və bu güzəştlərdən sonra ölkədə avtomobil bazarında qiymətlərdə artım qeydə alınıb".
Bu sözləri Far.Az-ə açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.
Onun sözlərinə görə, əvvəllər mövcud olan güzəşt məbləği hazırda avtomobillərin qiymətlərinin üzərinə gəldiyi üçün artımlar hiss olunur:
"Qiymətlərin bahalaşması rəsmi və ya qeyri-rəsmi dilerlərlə müşahidə edilir. Lakin rəsmi dilerlərdə əlavə süni qiymət artımı yoxdur. Sadəcə tətbiq edilən güzəştin bitməsi və həmin məbləğ dəyərində artım var. Amma avtomobil satışı ilə məşğul olan digər şəxslər ötən ilin dekabrdan qiymətləri qaldırıblar. Bu isə sözsüz ki, süni qiymət artımı sayılırdı. Ümumiyyətlə, qiymət artımları istehsalçı zavodlarda qiymətlər artanda və logistika xərclərində artım olanda baş verir.
Digər tərəfdən çökmüş ikinci əl avtomobil bazarında da maşınların qiymətlərinin qalxmasını müşahidə edirik. Hansı ki, ötən il həmin avtomobillərin dəyəri 35-40 faiz ə qədər aşağı düşmüşdü.
Artıq ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən güzəştlərin bitməsi, Çindən alınan avtomobillərlə bağlı yaranan 6 ay məsələsi və yaşı yeddidən yuxarı olan avtomobillərin ölkəmizə gətirilərkən akzis vergisinin dərəcəsinin artırılması ikinci əl maşınların da yenidən bahalaşmasına səbəb olub".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













