Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək
Far.Az xəbər saytı

Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək


ABŞ-nin Nyu-York məhkəməsi qarşısına çıxarılan Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə ilk məhkəmə iclası başa çatıb.

Far.Az "Fox News"a istinadən xəbər verir ki, iş üzrə formal tanışlıq xarakteri daşıyan iclas 30 dəqiqəyə yaxın davam edib.

İclasın yekununda Maduro ittiham aktını görmədiyini və hüquqlarından xəbərsiz olduğunu iddia edib.

Məhkəmə Venesuela konsulluğu rəsmilərinin onunla görüşməsinə icazə verib.

Hakim Maduronun 17 martda növbəti məhkəmə iclasında iştirak etməsini tələb edib.

Oxşar xəbərlər

Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Maduro işi üzrə növbəti məhkəmə iclası martın 17-si keçiriləcək - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər