Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu
Far.Az xəbər saytı

Türkiyə Superkubokunda ilk finalçı bəlli oldu


Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal qarşılaşması baş tutub. Qaziantep Böyükşəhər Stadionunda keçirilən oyunda "Qalatasaray" ilə "Trabzonspor" üz-üzə gəlib.

Far.Az xəbər verir ki, görüş İstanbul təmsilçisinin aşkar üstünlüyü ilə keçib. Rəqibini 4:1 hesabı ilə məğlub edən "Qalatasaray" Superkubokun finalına vəsiqə qazanan ilk komanda olub.

"Qalatasaray"ın həlledici oyundakı rəqibi "Fənərbağça" – "Samsunspor" yarımfinal cütünün qalibi olacaq. Həmin qarşılaşma 6 yanvar tarixində keçiriləcək.

Türkiyə Superkuboku uğrunda final matçı isə 10 yanvar tarixində Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
"Fənərbağça"nın 8 futbolçusu Türkiyə Superkuboku oyununda meydana çıxmayacaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər